25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

İslamiada: İran 280 nəfərlik nümayəndə heyəti ilə gələcək

İran Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına 280 nəfərlik nümayəndə heyəti ilə qatılacaq. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə qonşu ölkənin Milli Olimpiya Komitəsinin baş katibi Şahruh Şahnazi açıqlama verib. Onun sözlərinə görə, nümayəndə heyətində 130 kişi, 35 qadın idmançı yer alacaq.
 
İran İslamiadada voleybol, zorxana, boks, tennis, atletika, para-atletika, ağırlıqqaldırma, cüdo, para-cüdo, idman gimnastikası, karate, atıcılıq, uşu, üzgüçülük, suya tullanma, su polosu, stolüstü tennis, taekvondo, sərbəst və yunan-Roma güləşi növlərində təmsil olunacaq. 
Bu, qonşu ölkənin İslamiadalar tarixində ən geniş heyəti olacaq. İran ilk oyunlarda 130 idmançı ilə ümumi medal sıralamasında 4-cü, sonuncu İslamiadada isə 88 idmançı ilə 2-ci yeri tutub.
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. ("Report")
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30