19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Yeni mövsümə start verildi

Azərbaycan Velosiped Idmanı Federasiyası yeni yarış mövsümünə start verib.

Futbolxeber.az saytının məlumatına görə, qış hazırlıq prosesini başa vuran velosipedçilər mövsümün ilk yarışında iştirak ediblər.

Bakı Olimpiya Stadionunun ətrafında baş tutan yarışda klub və cəmiyyətlərin ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparıb. Startdan öncə yeni mövsümün açılışı ilə əlaqədar Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 3 yaş qrupu üzrə təşkil olunan yarış Handikap sistemi üzrə keçirilib.

Qızlar arasında 30 km məsafəyə yarışda 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri ilk üçlükdə qərarlaşıblar - Validə Cabbarova və Ayan Xankişiyeva finiş xəttini 1 saat, 4 dəqiqə, 35 saniyəyə keçsələr də, fotofinişə əsasən Validə 1-ci, Ayan 2-ci olub. Onlardan 2 saniyə geri qalan Elfanə Camalova isə 3-cü yeri tutub.

17 yaşadək oğlanlar da 30 km məsafəyə mübarizə aparıblar və bu kateqoriyada 1-ci yerə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Nikita Sıtov layiq görülüb - 57 dəqiqə, 43 saniyə. 8 saylı İdman Olimpiya Məktəbinin üzvləri Emil Əliyev və Əhməd Əhmədov isə qalibə 12 saniyə uduzmaqla 2-3-cü yerləri bölüşüblər.

Və nəhayət, gənclər kateqoriyasında "Lokomotiv" klubunun nümayəndəsi Mahmud Məmmədov 60 km məsafəni 1 saat, 37 dəqiqə, 55 saniyəyə başa vurmaqla aşkar üstünlüklə çempion olub. Ondan müvafiq olaraq 3 dəqiqə, 40 saniyə və 3 dəqiqə, 41 saniyə geri qalan Musa Mikayılzadə (BCP/Lokomotiv) və Mikayıl Səfərli (8 saylı Olimpiya İdman Məktəbi) isə 2-ci və 3-cü olublar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30