19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Yığmamızdan növbəti 11

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Futbolxeber.az-ın məlumatına görə, turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparır.
 
İkinci yarış günündə yunan-Roma güləşi üzrə gənclər arasında 100 pəhləvan yarışıb. Güləşçilərimiz günü 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Fəxri kürsünün ən yüksək pilləsində Rəşad Abdulov (50 kq), Namaz Rüstəmov (66 kq), Nəsir Həsənov (74 kq), Arif Niftullayev (84 kq), Tehran Əminzadə (96 kq) və Cavid Feyziyev (120 kq) yer alıb. 
 
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.  
 
Komanda hesabında Azərbaycan birinci, Qazaxstan ikinci, Gürcüstan yığması isə üçüncü yeri tutub.
 
Qeyd edək ki, yığmamız yarışın ilk günündə də 11 medal (3 qızıl, 1 gümüş və 7 bürünc) qazanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30