19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Yığmamız Mərakeşə yollanır

Kişilərdən ibarət əsas milli komandanın üzvləri 14-16 aprel tarixlərində Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının növbəti Karate 1 Premyer Liqa turnirində iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, bu nüfuzlu yarışa 6 idmançımız yollanır. 
 
Federasiyanın 1ci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov Premyer liqada əsasən 4-cü İslam Həmrəyliyi Oyunlarında çıxış edən heyətin mübarizə aparmasına üstünlük verib.
 
Komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə idmançılarımızdan Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (87 kq) və Asiman Qurbanlı (+84 kq), həmçinin legionerlərimiz İrina Zaretska (-68 kq) və Dorota Balsiarova (kata) Mərakeşə yola düşür.
 
Onlardan başqa beynəlxalq hakim Cahangir Babayev və Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov da Premyer liqaya ezam olunub. Beynəlxalq reytinq xalları verən bu nüfuzlu yarışa 47 ölkədən 547 idmançı qatılacaq.
 
Ayın 13-də səfərə çıxan heyət 5 gün sonra Bakıya dönəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30