25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Yığmamız Avropa kubokuna 5 medalla başladı

Ötən gün Çex Respublikasında yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 3 qızıl, 1 gümüş, 1 bürünc medal yazdırıb.
 
Təmsilçilərimizdən Əli Əsgərzadə (50 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. 55 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tanrıverdiyev yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. Eyni çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Əmrah Səlimli isə bürünc medala sahib olub.
 
Bununla da, ilk günün nəticələrinə görə millimiz komanda hesabında birinci yerdə qərarlaşıb.
 
Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunur.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30