29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Rəsul Çunayev Bolqarıstanda qızıl medal qazandı

Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilir. Futbolxeber.az-ın məlumatına görə, sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edir.
 
İlk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 3 bürünc medalla başa vurub. 
 
Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev ardıcıl olaraq Əlcəzair, Koreya, yarımfinalda Macarıstanlı son Dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz rəqibi Qırğızıstan təmsilçisinə 1 dəqiqə ərzində tam üstünlüklə qalib gəlib və turnirin qızıl medalına sahib olub. Keçirdiyi bütün görüşləri tam üstünlüklə başa vuran Rəsul rəqiblərinə xal verməyib. 
 
Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşdə Qırğızıstandan olan rəqibini məğlub edib və fəxri kürsünün 3-cü pilləsində yer alıb. 
 
Sərbəst güləşçilərimiz isə ilk yarış gününü 2 bürünc medalla başa vurub. Bürünc medalları yığmamıza 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov və 65 kq-da yarışan Məhəmməd Müslümov qazanıb.
 
Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31