25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Şəhriyar Məmmədyarov: “Şəmkirə həmişə böyük həvəslə yollanıram”

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2017 superturnirinin ötənilki qalibi Şəhriyar Məmmədyarov aprelin 20-də start götürəcək sayca dördüncü yarış haqqında fikirlərini bildirib.

Futbolxeber.az saytına turnirin mətbuat xidmətindən verilən məlumata görə, azərbaycanlı şahmatçı Şəmkir turnirinin onun karyerasında özünəməxsus yer tutduğunu söyləyib: “Şəmkir turniri dostumuz, Azərbaycanın fəxri Vüqar Həşimovun xatirəsinə həsr olunub. Uzun illər Vüqarla komanda yoldaşı olmuşuq. Hər zaman bir-birimizə kömək etmişik. Buna görə həmişə Şəmkirə böyük həvəslə yollanıram. Bu il həmin tarixlərdə keçiriləcək başqa turnirdən dəvət almışdım. Bununla belə Şəmkirdə iştirak edəcəyim barədə qərar qəbul etdim.

Üstəlik yarışın son qalibi kimi bu il də yüksək yerlər uğrunda mübarizə aparmaq fikrindəyəm. İştirakçıların siyahısında demək olar ki, zəif şahmatçı yoxdur. Bütün şahmatçılar FİDE reytinqində yüksək yerlərdə qərarlaşıb. Dünya çempionu Maqnus Karlsenin olmaması mübarizəni asanlaşdırmır. Əksinə onun yoxluğunda iddialıların sayı artır.

Yarışın son qalibi kimi bu il də qələbə uğrunda mübarizə aparacam. Bunun asan olmayacağını başa düşürəm. Dünya çempionları Vladimir Kramnik, Veselin Topalov, dünya çempionluğuna namizəd olmuş Sergey Karyakin kimi şahmatçıların yarışdığı turnirdə rahat nəfəs almaq mümkün deyil.

Şahmatçılar adından Təşkilat Komitəsinə, “Synergy Group”-a təşəkkür etmək istərdim. Hazırda dünyada yüksək kateqoriyalı şahmat yarışları azlıq təşkil edir. Bununla belə təşkilatçılar Şəmkir turnirinin ənənəvi olmasına nail olub. Bununla onlar Vüqar Həşimovun adına böyük ehtiramını nümayiş etdirir, eyni zamanda Azərbaycanda şahmatın inkişafına dəstək olur. Mən həmişə Şəmkirə böyük sevinclə yola düşürəm. Bu il də şahmat həvəskarlarının çox maraqlı partiyalar izləyəcəyinə əminəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30