20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Rəsul Çunayev və Həsən Əliyev dünya üçüncüsüdür

Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq siyahısını açıqlayıb.
 
Futbolxeber.az-ın məlumatına görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 10 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. 
 
Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb. 
 
Onluğa daxil olan digər güləşçilərdən Rafiq Hüseynov (80 kq) 5-ci, İslam Abbasov (85 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) 7-ci, Rövşən Bayramov (59 kq) isə 9-cu yerdədir.  
 
59 kq
9. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)
12. Murad Məmmədov - U-23 Avropa çempionatı 1-ci yer (nr)
 
66 kq
3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)
 
71 kq
3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (3)
19. İslambek Dadov - U-23 Avropa çempionatı 1-ci yer (nr)
 
75 kq
7. Elvin Mürsəliyev - Dünya Kuboku 1-ci yer (7)
 
80 kq 
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (7)
 
85 kq
6. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (7)
 
98 kq 
11. Orxan Nuriyev - U-23 Avropa çempionatı 1-ci yer (nr) 
 
130 kq
4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)
 
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30