25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Zorxana pəhləvanlarımız İslamiada üçün hazırlığı Xaçmazda davam etdirir

Zorxana üzrə kişilərdən ibarət Azərbaycan milli komandası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlığını Xaçmazda davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan iki həftəlik təlim-məşq toplanışına 16 idmançı cəlb olunub.
 
Baş məşqçi Ağa-Yusif Qurbanovun rəhbərliyi ilə məşqlər həm fərdi, həm də qrup şəklində həyata keçirilir. Mötəbər turnirə böyük ruh yüksəkliyi ilə hazırlaşan zorxana ustaları yarışdan uğurlu nəticə əldə edəcəklərinə əmindirlər.
 
Milli komandanın aparıcı üzvlərindən olan Xəyyam Orucov hazırlığın yüksək səviyyədə keçdiyini bildirərək, yığmamızın IV İslam Həmrəyliyi Oyunlarında favorit olduğunu qeyd edib. Zorxana yarışlarında komandamızın ən ciddi rəqibi İran idmançılarıdır.
 
Xaçmazda keçirilən təlim-məşq toplanışına aprelin 16-sı yekun vurulacaq.
 
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışları üç gün ərzində “Baku Crystal Hall”da keçiriləcək. Yarışlar kişilərdən ibarət komandaların və idmançıların fərdi mübarizəsindən ibarət olacaq. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30