29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Tour d’Azerbaïdjan”ın startına az qaldı: 19 ölkə, 23 komanda…

Mayın 3-7-də dünya velosiped aləminin ürəyi yenidən Azərbaycanda döyünəcək. Futbolxeber.az-ın məlumatına görə, planetin müxtəlif qitələrini təmsil edən 19 ölkənin 23 komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan" veloturunda mübarizə aparacaq. 
 
5 gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərləri, həmçinin Qaradağ, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay və Ağsu rayonlarının ərazisindən keçməklə ümumilikdə 836 km məsafə qət edəcəklər.
 
Ötən illə müqayisədə, bu il turun marşrutunda ən önəmli dəyişiklik 4-cü mərhələ ilə bağlıdır. Belə ki, yarışın ən çətin dağ mərhələsinə Ağsu aşırımı da əlavə edilib ki, bunun da mübarizəyə əlavə rəng qatacağı şübhəsizdir. "Tour d’Azerbaïdjan-2017"nin proqramı belədir:
 
1-ci mərhələ - 03.05.2017
 
Bakı - Sumqayıt (150 km)
 
2-ci mərhələ - 04.05.2017
 
Bakı - İsmayıllı (187 km)
 
3-cü mərhələ - 05.05.2017
 
Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177 km)
 
4-cü mərhələ - 06.05.2017
 
Qəbələ - İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu (164 km)
 
5-ci mərhələ - 07.05.2017
 
Bakı - Abşeron - Bakı (158 km)
 
 
Builki turda iştirakını təsdiqləmiş 23 komandadan 6-sı Pro-Kontinental, 17-si isə Kontinental statusludur.
 
Pro-Kontinental
 
"Team Novo Nordisk" (ABŞ)
"Gazprom-Rusvelo" (Rusiya Federasiyası)
"Wilier-Triestina" (İtaliya)
"Nippo-Vini Fantini" (İtaliya)
"Israel Cycling Academy" (İsrail)
"Delko Marseille Provence KTM" (Fransa)
 
Kontinental
 
"Synergy Baku Cycling Project" (Azərbaycan)
"Amplatz-BMC" (Avstriya)
"Hrinkow Advarica" (Avstriya)
"CCB Velotooler" (ABŞ)
"Team Illuminate" (ABŞ)
"Astana City" (Qazaxıstan)
"Bridgestone Anchor Cycling Team" (Yaponiya)
"Dukla Banska Bystrica" (Slovakiya)
"Kolss Cycling Team" (Ukrayna)
"Kuwait-Cartucho.es" (Küveyt)
"Minsk Cycling Club" (Belarus)
"Qinghai Tianyoude Cycling Team" (Çin Xalq Respublikası)
"Rietumu Banka-Riga" (Latviya)
"Tabriz Shahrdary Team" (İran İslam Respublikası)
"Team Sauerland NRW P/B Henley and Partners" (Almaniya)
"Tourku Shekerspor" (Türkiyə)
"VIB Bikes" (Bəhreyn)
 
Qeyd edək ki, "Tour d’Azerbaïdjan" veloturunun son 2 ildə komanda hesabında qalibi Azərbaycanın "Synergy Baku Cycling Project" komandası olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31