19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“İslam Oyunlarında komanda hesabında birinci olmaq istəyirik”

“İlk Avropa Oyunlarında komanda hesabında ikinci yerə çıxdıq. İslam Oyunlarında bu nəticəni yaxşılaşdırmaq, komandasında hesabında birinci olmaq istəyirik. Bunu bacaracağımıza inanıram”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri taekvandoçu, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Fəridə Əzizova deyib.

Xanım idmançı çəkisində güclü rəqiblərin yarışacağını bildirib: “Hər bir çəkidə güclü idmançılar var. Mənim çəkimdə əsas irəqiblərimdən biri Türkiyəni təmsil edən Nurtatardı. Çox güman ki, o da bu yarışda iştirak edəcək. Digər rəqiblər də öz yerində. Ümumiyyətlə, idmanda zəif rəqib yoxdur”.

Fəridə Əzizova İslam oyunlarında həm ulduz səfir olmağın, həm də idmançı kimi yarışmağın məsuliyyətini dərk ediyini vurğulayıb: “Yarışın Ulduz səfiri olmaqda əlavə məsuliyyət, birinci növbədə isə bu, qürur hissidir. Digər idmançılarımıza da uğurlar arzulayıram. Hər birimiz bu yarışda yaxşı çıxış etməliyik. İnanıram ki, Azərbaycanın bayrağını qaldıracağıq”.

Qeyd edək ki, Fəridə Əzizova gənclər arasında Avropa çempionatının bürünc medalını, yeniyetmələr arasında dünya çempionluğunu, gənclər arasında Avropa çempionluğunu, yeniyetmələr arasında Avropa çempionatının bürünc medalını, böyüklər arasında dünya çempionatının, Avropa çempionatının bürünc, “Bakı-2015” Avropa Oyunlarının gümüş medalını qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30