23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 3 tribunanın quraşdırılmasına başlanılıb

Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir. Futbolxeber.az-ın məlumatına görə, bu gündən Abşeron, Bulvar və Xəzər tribunalarının quraşdırılmasına başlanılıb.
 
Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai AZƏRTAC-a açıqlamasında deyib.
 
N.Arpadarai bildirib ki, hazırda pit-binasında tikinti işləri tam sürətlə aparılır. Bununla yanaşı, Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Trekin Xaqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində baryerlər quraşdırılıb.
 
“Bu gündən etibarən Abşeron, Bulvar və Xəzər tribunalarının quraşdırılmasına başlanılıb. Bu tribunaların quraşıdırılması bir ay ərzində davam edəcək. Gələn ay isə digər tribunaların və təhlükəsizlik baryerlərinin quraşdırılması işləri yekunlaşacaq. Bu il trekin keçdiyi yollarda yeni asfalt qatı salınmayacaq. Niyazi küçəsindəki qəmbər daşları ilə örtülü yol isə asfaltlanacaq. Tikinti işlərinin əksəriyyəti gecə saatlarında aparılır. Bu il demək olar ki, tikinti işləri ilə bağlı hər hansı yol bağlanmayacaq”, deyə N.Arpadarai qeyd edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30