23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Yeniyetmə boksçuların Azərbaycan birinciliyinə yekun vurulub

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, Respublika Boks Mərkəzində keçirilən yarışda qalib və mükafatçılar müəyyənləşib. 
 
Böyüklər və gənclərin çempionatından sonra yeniyetmə boksçular arasında da Azərbaycan birinciliyi keçirilib. Bu dəfəki yarışlarda əvvəlki illərlə müqayisədə kütləviliyin daha da artması diqqəti cəlb edib.
 
Ölkəmizin şəhər və rayonlarını təmsil edən 237 idmançı çempionluq uğrunda mübarizə aparıb. Yarışın nəticələrinə əsasən bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Belə ki, 44 kq çəki dərəcəsində Əli Zamanov, 46 kq-da Maqsud Xasmetov qalib gəlib. Rüfət Fətullayev 48, Cəlal Qurbanov isə 50 kq çəkidə birinci yeri tutub. 52 kq-da Əzrək Bəbirov, 54 kq çəki dərəcəsində isə Elşən Cəbizadə qızıl medala layiq görülüb.Orta çəki dərəcələrində isə Elmir Novruzov, Rüfət Mustafazadə, Səlim Səlimov və Rüfət Nəbiyev fərqləniblər. Nisbətən ağır çəki dərəcələrində isə Cahid Qurbanov, Əmri Novruzov, Adil Vəliyev və Vüqar Səmədov Azərbaycan çempionu adını qazanıb. Komanda hesabında, Rabitə klubu birinci, Neftçi kollektivi ikinci, Sumqayıt boksçuları isə üçüncü yeri tutub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30