29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

İslamiada: AZAL-la rəsmi tərəfdaşlığa dair saziş imzalanıb

Bu gün 4-cü İslam Həmrəyliyi Oyunları və Azərbaycan Hava Yolları QSC (Qapalı Səhmdar Cəmiyyəti) arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Hava Yolları aviaşirkəti Bakı-2017 Oyunlarının növbəti rəsmi tərəfdaşı olub. 
IV İslam Həmrəyliyi Oyunları Əməliyyatlar üzrə baş icraçı direktoru Mayk Loynd mötəbər idman tədbirlərində aviaşirkətlərin əsas tərəfdaşlardan biri olduğunu qeyd edərək, AZAL  şirkətinin Azərbaycanda keçirilən idman tədbirlərinin bir hissəsi olmasının vacibliyini vurğulayıb. 
 
M. Loynd əlavə olaraq qeyd edib: “Çox böyük nüfuza və güvənə malik AZAL-ın Bakı-2017 IV İslam Həmrəyliyi oyunlarının rəsmi tərəfdaşı olması bizim üçün çox önəmlidir. Əminəmki, oyunların təbliğatı işlərində AZAL mühümroloynayacaq”
 
AZAL-ın vitse prezidenti Eldar Hacıyev isə bu sözləri deyib: “Bakıda keçirilən İslam Həmrəyliyi oyunları bizim ölkəmiz  üçün təkcə idman yarışı deyil, eyni zamanda mühüm tarixi tədbirdir. Biz bu tədbirin təşkilatçılarını dəstəkləməkdən qürüur hissi duyuruq.  Əminəm ki, ölkəmiz digər mötəbər idman tədbirləri kimi, IV İslam Həmrəyliyi oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcək”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31