19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Yığmamız Avropa çempionatına 2 medalla başladı

Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı başlayıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, ilk yarış günündə 57, 65, 74 və 97 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. İdmançılarımız günü 1 qızıl və 1 bürünc medalla başa vurub. 
 
65 kq-da yarışan Teymur Məmmədov finala qədər bütün rəqiblərini üstələyib. İlk görüşdə Rusiya, ardınca Slovakiya, Ukrayna və İsveçrə idmançılarını məğlub edən güləşçimiz finala yüksəlib. Ancaq Türkiyə idmançısı zədəli olduğundan final görüşü baş tutmayıb və güləşçimizin çempionatın qızıl medalına sahib olub. 
 
74 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev İsveç və Litvadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Fransa təmsilçisinə məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Belarus idmançısı ilə gərgin keçən görüşü qalib başa vuran güləşçimiz çempionatın bürünc medalını qazanıb.  
 
57 kq çəkidə mübarizə aparan Pərviz İbrahimov Rumıniya və Gürcüstandan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Rusiya idmançısı ilə gərgin keən yarımfinal görüşündə uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq Ukrayna güləşçisinə uduzan Pərviz çempionatı 5-ci sırada tamamlayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30