26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

İdmançımız Hollandiyada 1-ci oldu

Qadınlardan ibarət milli komandanın favoriti İrina Zaretska (-68 kq) Hollandiyanın Rotterdam şəhərində Karate 1 Premyer Liqa turnirinin qalibi olub.
 
Futbolxeber.az saytının məlumatına görə, o, Dünya Karate Federasiyasının bu rəsmi mötəbər turnirinin qızıl medalınadək 6 görüşdə son illərin üç dünya çempionuna qalib gəlib. Milli komandamızı martın son günləri, aprelin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mövsümün növbəti Karate 1 Premyer Liqa turniri gözləyir. 
 
Göygöl Olimpiya İdman Kompleksində 1 həftəlik təlim-məşqləri başa vuran karateçilərimiz üçün qarşıdakı nüfuzlu turnir, mayın ortaları Bakıda 4-cü İslam Həmrəyliyi Oyunlarına son hazırlıq yarışı olacaq.
Dubay Premyer Liqasından sonra İslam Oyunlarında iştirak edən tam heyət məlum olacaq. Bu yarışda islam ölkələrinin milli komandaları itirak etdiyindən, karateçilərimiz üçün bir növ İslam Oyunlarına sınaq və mayda paytaxtımızda bu məsul yarış üçün mühim turnir sayılır. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30