18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

İslamiada: Bakıda zorxana yarışları keçiriləcək

Bu il mayın 12-22-də Bakının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən idman növlərindən biri də zorxanadır.
 
Futbolxeber.az saytının məlumatına görə, zorxana yarışları üç gün ərzində “Baku Crystal Hall”da keçiriləcək. Yarışlar kişilərdən ibarət komandaların və idmançıların fərdi mübarizəsindən ibarət olacaq.
 
Bəs zorxana idmanı haqqında nə bilirik? Zorxana iki sözdən ibarətdir: “zor” güc və ya qüvvət, “xana” isə ev mənasını verir. Beləliklə, zorxana güc, qüvvət evi deməkdir. Zorxana İranın ənənəvi “pəhləvan məktəbi”dir.
 
İyirminci əsrin ortalarınadək zorxana anlayışı bilavasitə güləşlə əlaqələndirilirdi. Döyüş və müharibə ilə bağlı olan bu idman növündə fiziki hərəkətlər pəhləvanların dözümlülüyünü, diqqətliliyini, çevikliyini və sürətlərini artırmaq məqsədi daşıyır.
 
Zorxana pəhləvanı vətəni və xalqı qarşısında borcunu yerinə yetirməli, böyüklərə hörmət etməlidir. Bu idmançılar döyüş zamanı mil, səngi, qalxan, kaman və zəncir kimi müxtəlif zorxana alətlərindən istifadə edirlər.
 
İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan “Bakı-2017” gələn il mayın 12-22-də Azərbaycan paytaxtında keçiriləcək. Müsəlman dövlətlərini təmsil edən idmançılar on gün ərzində idmanın 20 növü (24 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə yarışlarda mübarizə aparacaqlar. Yarışlar paytaxtın 16 müasir idman qurğusunda təşkil olunacaq. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30