29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

İslamiada: Yarışın 4-cü rəsmi dəstəkçisi bəlli oldu

“Red Bull” sosial media kanalları, mətbuat və marketinq sahələri üzrə qlobal liderlərdən biridir və Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarını dəstəkləməyə dair saziş imzalayaraq Oyunların dördüncü rəsmi dəstəkçisi olub. 
 
Futbolxeber.az saytının məlumatına görə, sözügedən şirkət yarış ərzində enerji içkilərinin təchizatçısı olmaqla yanaşı, istər oyunlar zamanı, istərsə də oyunlar ərəfəsində keçirilən tədbirlərdə öz məhsulunu bəzi məkanlarda təqdim edəcək. Daha sonra enerji içkiləri istehsal edən şirkət seçilmiş arenalarda tamaşaçılar üçün əyləncələr təşkil edəcək ki, buraya məşhur idmançılar və diceylərlə görüşlərin təşkili də daxildir. Bununla yanaşı, “Red Bull”, Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlərin təşkilini planlaşdırır.
 
İri miqyaslı  layihələrin təşkili və onların təbliğatı sahəsində böyük təcrübəyə malik olan “Red Bull”, IV İslam Həmrəyliyi oyunlarına da öz töhvəsini verəcək. 
 
Bakı 2017 Oyunları Əməliyyat Komitəsinin Maliyyə və Kommersiya departamentinin rəhbəri cənab Tom Varvikin şirkət haqqında söylədikləri: “Biz şadıq ki, bütün dünyada tanınmış brend olaraq hər kəsin sevimli içkisinə çevrilmiş “Red Bull”, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının da rəsmi dəstəkçisi olacaq. Şirkətin yerli komandasının göstərdiyi ruh yüksəkliyi həm Oyunlara qədər, həm də Oyunlar zamanı idmançı və tamaşaçılara yüksək enerji bəxş edəcək.  Bu şirkət nəinki Azərbaycanda, eləcə də beynəlxalq aləmdə tədbirlərin təşviqi və təşkil olunmasında təcrübəlidir. Əminəm ki, “Red Bull”un oyunlara qatdığı enerji ilə Bakı 2017 Oyunları uğurla başa çatacaq.”
 
“Red Bull”un Azərbaycanda ölkə üzrə meneceri Rafael Paşayev bu əməkdaşlığın önəmindən danışarkən qeyd edib ki, Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi olmaları ilə  qürur duyur. Rafael Paşayev: “Əminik ki, ölkəmiz üçün böyük əhəmiyyəti olan bu möhtəşəm tədbir yüksək səviyyədə keçiriləcək. Biz “Red Bull” komandası olaraq Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının həm tamaşaçılara, həm də idmançılara maraqlı olması üçün əlimizdən gələni etməyə hazırıq”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31