29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Ağır atletlərimiz “Fəcr kuboku”nu 7 medalla başa vurdu

İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku başa çatıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, mötəbər turnirdə Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak ediblər. Onlardan körpücük üzərinə son olaraq, Asxab Kolayev çıxıb. O, +105 kq çəki dərəcəsində mübarizə aparıb.
 
Atletimiz birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada isə 157 kq-ı ram edib.
 
Toplam 295 kq (138+157) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
 
Azərbaycan yığması 2-ci Beynəlxalq Fəcr Kubokundan aktivində 3 böyük (hər üçü bürünc), həmçinin ayrı-ayrı hərəkətlərdə daha 4 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 1 bürünc) medalla qayıdır.
 
Millimiz 465 xalla həm komanda, həm də toplam 7 medalla medal hesabında bu turnirdə 4-cü yeri tutub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31