19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azərbaycan Qran Prisində iştirak edəcək marşallar üçün təlim keçirilib

Bakı şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin İdman əməliyyatları şöbəsi "Fairmont" otelində Formula 1 üzrə Azərbaycan Qran Prisində iştirak edəcək marşallar üçün təlim keçirib.
 
Futbolxeber.az-ın məlumatına görə, "Formula 1-ə giriş" adlı təlim ilk dəfə təşkil olunub. Tədbir çərçivəsində marşallara builki dünya çempionatında baş verən dəyişikliklər, və Azərbaycan Qran Prisi ərəfəsində marşallıq fəaliyyətindən ətraflı bilgilər verilib. Bununla yanaşı, yeni seçilmiş marşallar təlim zamanı Formula 1 yarışının əsas xüsusiyyətləri və ümumilikdə marşallıq fəaliyyəti ilə yaxından tanış olublar.
 
BŞH-nin İdman əməliyyatları şöbəsinin və Bakı Marşallar Klubunun (BMK) rəhbəri Çingiz Mehdiyev marşallar üçün yeni mərkəzin yaxın vaxtlarda istifadəyə veriləcəyini deyib. O bildirib ki, marşallar üçün təlimlər həmin mərkəzdə baş tutacaq. Orada 10-a yaxın təlim otağı, zəruri avadanlıqlar və praktika təlimləri üçün nəzərdə tutulan kiçik trek olacaq.
 
Qeyd edək ki, mövsümün ilk təliminə ümumilikdə 700-dən çox marşal qatılıb. Onların əksəriyyəti ötən ildən fəaliyyət göstərir. BMK-nın ulduz səfiri Murad Dadaşov da təlimə qatılıb. Marşallar proqramına qeydiyyat artıq başa çatıb və indiyədək 5 mindən çox şəxs marşal olmaq üçün proqrama müraciət edib. ("Report")
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30