24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Cüdoçularımızdan Avropa kubokunda 7 medal

İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışın sonuncu günü də Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, cüdoçularımız 1 qızıl və 1 gümüş medal qazanıblar.

+90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Adil Kərimli yalnız final görüşündə qələbəni əldən verib və gümüş medala layiq görülüb.

73 kq çəki dərəcəsində çıxış edən Vüsal Şamilov isə 7-ci olub.

Bununla da, 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanaraq Azərbaycan millisi komanda hesabında Avropa kubokunda birinci olub.

Qeyd edək ki, 21 ölkədən 423 idmançının (234 oğlan, 189 qız) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandası 16 cüdoçu (12 oğlan, 4 qız) ilə təmsil olunurdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30