29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Daha bir cüdoçumuz İtaliyada medal qazandı

İtaliyanın paytaxtı Romada kişilər arasında cüdo Avropa açıq çempionatına yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Səfquliyev finala gedən yolda serbiyalı Draqan Beqoviç, italiyalı Luka Qalbiati, yaponiyalı Şoiçiro Mukai və kanadalı Zaçari Burta qalib gəlib. Həlledici görüşdə Polşa təmsilçisi Pyotr Kuçzeraya uduzaraq mötəbər turnirin gümüş medalına sahib olub.

81 kq çəki dərəcəsində mübarizə aparan Afiq Səfərli isə 7-ci olub.

Xatırladaq ki, yarışın ilk günündə Oruc Vəlizadə (60 kq) milli komandamıza bürünc medal qazandırıb.

Qeyd edək ki, 36 ölkədən 257 idmançının mübarizə apardığı Avropa açıq çempionatında Azərbaycan milli komandası 16 cüdoçu ilə təmsil olunurdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31