26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

4 qat Azərbaycan mükafatçısı çempionata qayıdır

Bakının “İqtisadçı” voleybol klubu fəaliyyətini bərpa edir. Futbolxeber.az-ın məlumatına görə, bu barədə məlumatı apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev verib.
 
O bildirib ki, Super Liqanın 1 dəfə gümüş, 3 dəfə bürünc mükafatçısı olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası yeni mövsümdən ölkə çempionatında çıxış edəcək: “Artıq bu təsdiqlənib. Mən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovla görüşərək, bu barədə danışmışıq. O, komandanın ölkə çempionatında iştirakına razılıq verib”.
 
Faiq Qarayevin sözlərinə görə, 3 ildən sonra yenidən Azərbaycan səhnəsinə qayıdan Bakı təmsilçisi Super Liqada çox güman ki, UNEC adı ilə çıxış edəcək.
 
Federasiya rəsmisi “Azəryol”un taleyinə də aydınlıq gətirib. O bildirib ki, komanda fəaliyyətini dayandırmayacaq: “Əvvəldən də bilindiyi kimi, Azəryol” mövsümün sonuna qədər bu adla oynayacaq. Ancaq yeni mövsümdən onlar yeni sponsorun istəyinə uyğun adla çıxışını davam etdirəcək”.
 
Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası 2017/2018 mövsümündə komandaların sayını artırmağı planlaşdırır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30