19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

İslam Oyunları: Ulduz və idmançı səfirlərinin adları açıqlandı

Mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının idmançı və ulduz səfirlərinin adları açıqlanıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarında yerli idmançı səfirlər siyahısına güləş üzrə yığma komandamızın üzvlərindən Rəsul Çunayev (yunan-Roma güləşi) və Hacı Əliyev (sərbəst güləş) daxil edilib. Bundan başqa Rüstəm Orucov, Elmar Qasımov (hər ikisi cüdo), İlahə Qasımova, Rafael Ağayev (hər ikisi karate), Hacı Əliyev (sərbəst güləş), İlham Zəkiyev (paracüdo), Radik İsayev, Fəridə Əzizova (hər ikisi taekvondo), Kamran Şahsuvarlı (boks), Ruslan Abışov (futbol), Leyla Cavadova, Aynur Rzayeva (hər ikisi boks) və Nazim Babayev (atlet) də idmançı səfir seçiliblər.
 
Ulduz səfirlər sırasında müğənni Tünzalə Ağayeva, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimov, xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran və “Muğam müsabiqəsi–2011”in qalibi Mirələm Mirələmov yer alıb.
 
“Grassroots” proqramı çərçivəsində bu gün baş tutan təqdimatdan sonra idmançı və ulduz səfirlər IV İslam Həmrəyliyi oyunlarının mesajı olan “Birlik”, “Sülh” ,”Hörmət” və “Mükəmməllik” ideyalarını ictimaiyyətə geniş şəkildə ötürüb, öz üzərlərinə düşən işin öhdəsindən bacarıqla gəlmək üçün əllərindən gələni edəcəklərini qeyd ediblər.
 
Grassroots proqramı çərçivəsində proqrama yerli atletlərlə yanaşı, beynəlxalq atletlər də qoşulub. Dubay Kral ailəsinin nümayəndəsi, atıcılıq idmanı üzrə Dünya və Asiya çempionu və 4-cü İslam Həmrəyliyi Oyunlarının səfirləri sırasına qatılan Şeyx Səid bin Məktum bin Rəşid əl Məktumun video müraciəti də qonaqlara təqdim olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30