20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

“Qəbələ”nin üzvlərindən 7 medal

Cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyinə yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilən yarışda 200-ə yaxın cüdoçu qüvvəsini sınayıb. “Qəbələ” İdman Klubunun təmsilçiləri də iki gün davam edən yarışda tatamı üzərinə çıxıblar. Əyalət təmsilçisinin idmançıları yarışda 7 medal qazanıblar. 
 
Bunlardan üçü qızıl, üçü gümüş, biri bürünc olub. Yaqub Cavadov 66 kq, İmran Yusifov 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər. Rövşən Əliyevin qızıl mükafata yiyələndiyi 55 kq çəki dərəcəsində iki cüdoçumuz fəxri kürsüyə qalxıb. Rəşad Yelkiyev 3-cü yerə laqyi görülüb. Aydın Ələkbərov 73 kq, Vüsal Orucov +100 kq çəki kateqoriyasında finaladək irəliləsə də, həlledici qarşılaşmada uduzaraq 2-ci olublar. Qızların yarışında yeganə “Qəbələ”li Ruziyyə Kərimova da finalda məğlub olub. 63 kq çəkidə çıxış edən idmançımız gümüş medal qazanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30