29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Rəcəbov və Məmmədyarov gerilədi, Məmmədzadə Top-100-də

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az saytının məlumatına görə, noyabr ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə 6 Azərbaycan qrossmeysteri yer alıb.

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Lakin qrossmeysterimiz ötən ayla müqayisədə 3 pillə geriləyib. O, 2762 reytinq xalına malikdi.

Son yarışlarda özünü göstərə bilməyən Teymur Rəcəbov (2696) da mövqeyini əldən verib. 14 reytinq xalı itirən təmsilçimiz 8 rəqibini özündən irəli buraxmaqla, 44-cü yerə enib.

Yığmamızın liderlərindən fərqli, Rauf Məmmədov (2684) və milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2686) yerlərini yaxşılaşdırıblar. Birinci 6 pillə irəliləməklə 57-ci pilləyə qalxıbsa, Latviya əsilli zəka sahibimiz 3 rəqibini qabaqlamaqla 55-ci yerə qalxıb.

Komandamızın digər üzvü - Eltac Səfərli (2694) isə mövqeyini qoruyub. Həmyerlimiz yenə 46-cıdı.

Reytinq siyahısına yenə Maqnus Karlsen (Norveç, 2853) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2823) ikinci olduğu cədvəldə Maksim Vaşye-Laqrav (Fransa, 2811) “üçlüyü” qapayır.

Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçilərindən yalnız Günay Məmmədzadə yer alıb. 2371 reytinq xalına malik şahmatçı 94-cü yerdədi. Bu siyahıya isə çinli Yifan Hou (2635) başçılıq edir (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31