29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Qəbələ” cüdoçularından 2 medal

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları keçirilir. Futbolxeber.az saytının məlumatına görə, turnirin ikinci günü Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçiləri üçün uğurlu alınıb. Cəlil Şükürov 100 kq çəki dərəcəsində gümüş, Rüfət İsmayılov 81 kq çəki dərəcəsində bürünc medalını qazanıb.

Daşkənd tatamisində 4 görüş keçirən İsmayılov öncə özbəkistanlı Sunnatulla Azimov, ardınca monteneqrolu Srcan Mrvalyeviçə ipponla qalib gəlib. Yarımfinalda özbəkistanlı Davlat Bobonova uduzan idmançımız 3-cü yer uğrunda mübarizə aparmalı olub.

Yığmamızın digər cüdoçusu Afiq Səfərli ilə qarşılaşmada qalib gələn Rüfət bürünc medala yiyələnib. Cəlil isə özbəkistanlı Erkin Doniyarov və Tacikistan təmsilçisi Saidjalol Saidovu məğlub edərək, finala yüksəlib. Həlledici qarşılaşmada Soyib Kurbonova uduzan idmançımız gümüş medalla kifayətlənib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31