26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Sadıq Sadıqov yeni komanda yaradır

Kişilərdən ibarət voleybol üzrə Azərbaycan yığmasının çətin günlərinə son qoyulacaq. Futbolxeber.az xəbər verir ki, bu barədə məlumatı apasport.az-a “Neftçi” İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov verib.

Belə ki, qadınlardan ibarət yığmamızla müqayisədə kişilərdən ibarət millimiz son illər heç də yaxşı günlərini yaşamır. Aylarla əmək haqqı almayan komanda geyinməyə forma, məşq etməyə meydan da tapmırdı. Həmçinin, kişilərdən ibarət Azərbaycan çempionatı formal olaraq keçirilsə də, yarışın qalibi avrokuboklara qatılmırdı.

Lakin növbəti illərdə belə olmayacaq. Artıq Gənclər İdman Nazirliyi, Voleybol Federasiyası və “Neftçi” İdman Klubu bu problemi birgə aradan qaldırmağa start verib.

Düzdü, indiyə kimi yığma komandanın heyətinin yarısı “ağ-qaralar”a məxsus olub, onlar hətta avrokuboklarda “Azərneft” adı ilə də çıxış ediblər. Lakin bu gündən sonra “Neftçi” Voleybol Bazasında tam yeni komanda, tam yeni yığma formalaşacaq. Necə ki, vaxtı ilə “Uraloçka” komandası qadın voleybolçulardan ibarət Rusiya millisinin bazası sayılırdı.

Sadıqov da bütün bunları təsdiqləyib. Azərbaycan Cüdo Federasiyasının pis günündə yığmaya yiyə duran klub rəhbərinin sözlərinə görə, “Neftçi” yalnız təkbətək idman növlərinin deyil, komanda idman növlərinin də inkişafına daima diqqət yetirir: “Bəli, Voleybol Bazamızda bu növ üzrə klub yaradırıq. Bu klubda eyni zamanda yığmanın aparıcı üzvləri cəmləşəcək. Fikrimcə, gələcəkdə hər şey uğurlu olacaq. Artıq ölkədaxili çempionatı da daha yüksək səviyyədə keçirmək planımız var. Klubların sayının artması da gündəmdədi. Lakin bütün bunlara həftəsonuna kimi tam aydınlıq gələcək”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30