20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Məmmədyarov Aronyana yerini göstərdi

Şəhriyar Məmmədyarov Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirinin blitz mərhələsinin qalibi olub. Futbolxeber.az saytının məlumatına görə, Moskvada keçirilən və bu il onuncusu təşkil edilən nüfuzlu yarışda 9 turdan sonra 7.5 xal toplayan millimizin lideri ən yaxın rəqibi Levon Aronyanı 2 xal qabaqlayaraq çempion olub.

Maraqlıdı ki, həmyerlimiz şəxsi görüşdə də Aronyanı mat qoyub. Beşinci turda baş tutan matçın 61-ci dəqiqəsində təslim olan erməni şahmatçı taleyi ilə barışmalı olub.

Bu mərhələnin üçüncüsü isə rusiyalı Peter Svidler olub. O, 9 turdan sonra 5 xal toplayaraq, əlavə əmsallara görə eyni nəticə göstərən hollandiyalı Aniş Qiri və həmyerlisi Yan Nepominayişini qabaqlayıb.

Qeyd edək ki, turnirin əsas mərəhələsi bu gün start götürəcək. Qrossmeysterimiz ilk turda Yevgeni Tomaşevski ilə qarşılaşacaq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30