19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Rövşən Hüseynli: “Bu, həm sevinc, həm də kədər göz yaşları idi”

Futzal üzrə milli komandamızın qapıçısı Rövşən Hüseynli Futbolxeber.az saytına müsahibə verib.

- Milli komandamız Tailandı 13:8 hesabı ilə məğlub etməklə dünya çempionatında 1/4 finala yüksəldi. Görüşlə bağlı nə deyə bilərsən?

- Qəribə oyun alındı. Qarşılaşmanın çətin keçəcəyini əvvəldən də bilirdik. Lakin oyunun bu dərəcədə gərgin alınacağını gözləmirdik. Düzdür, bəziləri Taylandı zəif rəqib qismində görürdü. Belə deyildi. Özünüz də gördünüz ki rəqib sona qədər vuruşdu. Sonda istəyimizə çatdıq. Artıq 1/4 finaldayıq və bu nəticəyə görə çox sevinirik.

- Ardıcıl qollardan sonra Taylandın təslim olmayacağını gözləyirdiniz?

- Buna hazır olmalıydıq. Çünki rəqibimiz Rusiya və Kuba ilə oyunlarda 3 top fərqi ilə geri düşsə də, təslim olmamışdı. Hətta Kubanı məğlub da etmişdilər. Ona görə sona qədər diqqəti əldən vermək olmazdı. Komandada bir qədər arxayınçılıq yarandı. Sonradan toparlanmağı bacardıq.

- Oyunun əlavə vaxta qədər uzanması yorğunluğa səbəb oldu?

- Əlavə vaxtda bizim yox, rəqibin gücü tükənmişdi. 5 nəfərlə mübarizə aparsalar da, istəklərinə çata bilmədilər. Onlardan fərqli olaraq, biz əlimizdə düşən şanslardan yararlandıq.

- Oyunda son nöqtəni sən qoydun. Bu, karyeranda vurduğun ilk qol idi?

- Yox, “Neftçi”də oynayanda 1 dəfə fərqlənmişdim. Lakin millidə vurduğum ilk qol idi.

- Fərqləndikdən sonra göz yaşlarını saxlaya bilmədin. Həmin anda hansı hisslər keçirirdin?

- Bu, həm sevinc, həm də kədər göz yaşları idi. Bir yandan qol vurduğum üçün sevinirdim. Digər tərəfdən isə cəzalı duruma düşdüyüm üçün məyus idim. Təəssüf ki, 1/4 finalda komandamıza kömək edə bilməyəcəyəm. Buna görə çox məyusam.

- Sarı vərəqə aldığın epizodda buna ehtiyac var idi?

- Əlbəttə ki, yox. Həyəcandan oldu. Dəyişiklik edəndə “naketka” verilməmişdi. Həmin anda bu heç ağlıma da gəlmədi. Fikrim ancaq oyunda idi.

- 1/4 finalda rəqib Portuqaliyadır. Növbəti dəfə tarix yazmaq mümkün olacaq?

-  Portuqaliya çətin rəqibdir. Heyətlərində güclü və təcrübəli oyunçular var. Bizim üçün mənfi məqam 3 əsas heyət üzvünün cəzalı duruma düşməsidir. Buna qədər tarix yazmışıq. Çalışmalıyıq ki, növbəti dəfə uğurlu nəticəyə imza ataq. Komanda əlindən gələni edəcək. Əvəzedilməz oyunçu yoxdur.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30