29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

FİDE Mahir Məmmədova xüsusi mükafat təqdim etdi

Bakıda təşkil edilən FİDE-nin 87-ni Konqresinin iştirakçıları üçün ziyafət təşkil edilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə çıxış edən FİDE prezidenti Kirsan İlyumjinov 42-ci Ümumdünya Şahmat Olimpiadasının özəllikləri barədə danışıb: "Bakı Şahmat Olimpiadası artıq sona yaxınlaşır. Amma əminliklə söyləmək olar ki, yarış uzun müddət yaddaşlarda qalacaq. Olimpiadanın təşkil olunmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Azərbaycan hökümətinə, Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmova çox sağ ol deyirəm.

Eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin işini qeyd etməyə bilmərəm. 2016-cı ildə mütəmadi olaraq nümayəndələrimiz hazırlıqla tanış olmaq üçün Azərbaycana səfər ediblər. Hər zaman Əməliyyat Komitəsində gərgin iş olduğu barədə məlumat verirdilər. Bu gün həmin işin nəticəsini bütün dünya görür. FİDE adından Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin üzvlərinə, komitənin direktoru Mahir Məmmədova minnətdarlığımı bildiririk".

Çıxışının sonunda FİDE prezidenti Kirsan İlyumjinov Bakı Şahmat Olimpiadasının yüksək təşkilatçılığı və şahmatın inkişafındakı xidmətlərinə görə Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədova xüsusi mükafat təqdim edib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31