23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Olimpiada: İngiltərəyə uduzub, Kolumbiyaya qalib gəldik

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında X turun qarşılaşmaları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, kişilərdən ibarət əsas millimiz İngiltərəyə uduzub. İkinci komandamız Serbiya ilə heç-heçə oynadığı halda, üçüncü yığmamız Yaponiyanı darmağın edib.

Favoritlərdən ABŞ Gürcüstanı, Ukrayna Çexiyanı, Norveç İranı məğlub edib. Rusiya yığması isə Hindistanla heç-heçə oynayıb.

10 turdan sonra hesabında 13 xal olan əsas millimiz 19-cu pillədə qərarlaşıb. İkinci komandamız 12 xalla 38-ci, üçüncü yığmamız isə 50-ci yeri tutur.

Sona 1 tur qalmış ABŞ və Ukrayna milliləri 18 xalla birinci-ikinci yerləri bölüşdürürlər. Rusiya yığması 16 xalla üçüncüdür.

Qadınlardan ibarət əsas millimiz Kolumbiya, ikinci yığmamız isə İsveçrəyə qalib gəlib. Üçüncü komandamız isə Belarusa uduzub.

Favoritlərdən Çin Gürcüstana, Rusiya Gürcüstana, Macarıstan Fransaya qalib gəlib. Hindistan - Ukrayna, Monqolustan - ABŞ görüşləri isə heç-heçə tamamlanıb.

10 turdan sonra qadınlardan ibarət əsas yığmamız 14 xalla 11-ci pillədə qərarlaşıb. İkinci millimiz 13 xalla 21-ci, üçüncü komandamız isə 11 xalla 45-ci yeri tutur.

Turnir cədvəlinə 18 xalla Çin başçılıq edir. Rusiya 16 xalla ikinci, Polşa 15 xalla üçüncü pillədə qərarlaşıb.

X tur

Kişilər

İngiltərə - Azərbaycan-1 - 2,5:1,5

Maykl Adams - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Devid Xouell - Rauf Məmmədov - 0:1

Qveyn Cons - Arkadi Naydiç - 1:0

Naycel Şort - Eltac Səfərli - 1:0

Azərbaycan-2 - Serbiya - 2:2

Vasif Durarbəyli - İvan İvanişeviç - 1:0

Nicat Abbasov - Robert Markus - 0,5:0,5

Qədir Hüseynov - Nikola Sedlak - 0,5:0,5

Namiq Quliyev - Aleksandr İnciç - 1:0

Yaponiya - Azərbaycan-3 - 0:4

Şinya Kocima - Vüqar Əsədli - 0:1

Riosuke Nanco - Nail Bəşirli - 0:1

Koxei Yamada - Abdulla Qədimbəyli - 0:1

Tanq Tanq - Pərviz Qasımov - 0:1

Qadınlar

Azərbaycan-1 - Kolumbiya - 3:1

Günay Məmmdəzadə - Paula Rodriges - 1:0

Gülnar Məmmədova - Astrid Çirivi - 1:0

Aydan Höccətova - İnqris Rivera - 0:1

Nərmin Kəzimova - Melissa Kastrillon - 1:0

Azərbaycan-2 - İsveçrə - 3,5:0,5

Türkan Məmmədyarova - Monika Müller-Seps - 1:0

Nərmin Xələfova - Qundula Xeynats - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Lena Georgesku - 1:0

Nərgiz Umudova - Laura Stoeri - 1:0

Azərbaycan-3 - Belarus - 1,5:2,5

Nərmin Məmmədova - Nastasya Zyasyulkina - 0,5:0,5

Xanıç Balacayeva - Lanita Stetsko - 0:1

Gövhər Beydullayeva - Olqa Badelka - 0:1

Ayan Allahverdiyeva - Yekaterina Boqdan - 1:0

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30