24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Olimpiada: şahmatçılarımızın 7-ci turdakı rəqibləri müəyyənləşdi

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında VII turun təqvimi müəyyənləşib.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Futbolxeber.az saytına verilən məlumata görə, sentyabrın 9-da kişilərdən ibarət əsas millimiz Xorvatiya ilə qarşılaşacaq. İkinci komandamız Venesuellanı,  üçüncü yığmamız isə eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasını sınağa çəkəcək.

Olimpiadanın vahid lideri Hindistan ABŞ-la, Hollandiya Latviya ilə, Rusiya Çexiya ilə, Çin İngiltərə ilə, Ukrayna Kanada ilə, Gürcüstan Rumıniya ilə üz-üzə gələcək.

6 turdan sonra kişilərdən ibarət əsas millimiz 9 xalla 13-cü, ikinci komandamız 8 xalla 34-cü, üçüncü yığmamız isə 6 xalla 86-cı yerdə qərarlaşıb.

Hindistan 12 xalla liderdir. 11 xal toplayan ABŞ ikinci pillədə qərarlaşıb. 10 xala sahib yığmalardan Hollandiya üçüncü, Çexiya dördüncü, Gürcüstan beşincidir.

Qadınlardan ibarət əsas yığmamız VII turda Hindistanla üz-üzə gələcək. İkinci komandamız Belarusla, üçüncü yığmamız isə Boliviya ilə görüşəcək.

Favoritlərdən Rusiya Polşa ilə, Çin Ukrayna ilə, ABŞ Rumıniya ilə, Gürcüstan Hollandiya ilə, Macarıstan Filippinlə mübarizə aparacaq.

6 turdan sonra qadınlardan ibarət əsas millimiz 10 xalla altıncı pillədə qərarlaşıb. 7 xala malik üçüncü yığmamız 37-ci, ikinci komandamız isə 38-ci yeri tutur.

Rusiya və Ukrayna 11 xalla 1-2-ci yerləri bölüşdürürlər. 10 xala malik Polşa üçüncü, Rumıniya dördüncü, Hindistan isə beşincidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30