23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Nona Qaprindaşvili: “Olimpiadanın oyun zalı möhtəşəmdir”

 
Keçmiş dünya çempionu Nona Qaprindaşvili bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun görüşlərini izləyib. Kristal Zalın sərgi solununa da baxmağa imkan tapan Qaprindaşvili 2 ildən sonra Batumidə keçiriləcək olimpiadının stendinə tamaşa edib.
 
Futbolxeber.az saytının məlumatına görə, daha sonra isə Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin suallarını cavablandıran keçmiş dünya çempionu ilkin təəssüratlarını bölüşüb: “Bakıda sonuncu dəfə 1 il əvvəl olmuşam. Həmin vaxt burada şahmat üzrə Dünya Kuboku keçirilirdi. Olimpiadadan zövq almaq üçün yenidən məmuniyyətlə Azərbaycan paytaxtına gəldim. Bakıdakı olimpiadanın yüksək səviyyədə təşkil olunacağına şübhə yox idi. Şərait əladır, olimpiadanın oyun zalı möhtəşəmdir. Buradakı atmosferdən zövq alıram”.
 
Nona Qaprindaşvili Gürcüstanın qadınlardan ibarət yığmasının çıxışını da dəyərləndirib: “Turnirin startında onlar gözlənilmədən Filippinə uduzdular. Bu məğlubiyyət anlaşılmaz idi. İstənilən halda, millimizin olimpiadada medallar uğrunda mübarizə aparacağını düşünürəm”.
 
Qaprindaşvili qeyd edib ki, Batumidə baş tutacaq növbəti olimpiadanı səbirsizliklə gözləyirlər: “Batumi dəniz sahilində yerləşən və əla infrastruktura malik şəhərdir. Olimpiadaya hazırlıq yaxşı təşkil olunacaq, oyun zalı ilə bağlı da heç bir problem yoxdur. Olimpiadaya yüksək səviyyədə hazırlaşmaq üçün hələ iki ilimiz var”.
 
Sonda sabiq dünya çempionu bildirib ki, dünya şahmatının diqqəti qarşıdakı illərdə Azərbaycan və Gürcüstanda cəmlənəcək: “Bakı 2 dəfə FİDE-nin Qran-Prisinə, Dünya Kubokuna ev sahibliyi edib. Hazırda isə burada olimpiada təşkil olunur. Tiflisdə də FİDE-nin Qran-Prisi keçirilib. Növbəti il Gürcüstan paytaxtı dünya kubokunu, daha sonra Batumi olimpiadanı qəbul edəcək. Artıq lazım olan hazırlıqlara start vermişik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30