20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Kişi şahmatçılarımızdan gözlənilməz, qadınlardan qələbəyə bərabər heç-heçə

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, kişilərdən ibarət əsas millimiz gözlənilmədən Yunanıstanla heç-heçə edib. İkinci komandamız Rumıniya ilə görüşdə uduzub. Üçüncü yığmamız isə Qananı darmadağın edib.

Favoritlərdən Hindistan Hollandiyanı, ABŞ Ukraynanı, Rusiya Almaniyanı, Çin Argentinanı üstələyib.

Qadınlardan ibarət əsas yığmamızın rəqibi Gürcüstan olub. Rəqib güclü olsa da, xanım şahmatçılarımız heç-heçəyə nail olublar. Çexiya ilə qarşılaşan ikinci yığmamız da heç-heçə ilə kifayətlənib. Üçüncü komandamız isə Çiliyə qalib gəlib.

Qadınların yarışında bu gün əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönəlib. Buna qədər xal itirməyən rəqiblər heç-heçəyə razılaşıblar - 2:2. Çin - Rumıniya görüşündə də eyni hesab qeydə alınıb. Hindistan Latviyaya, ABŞ Türkiyəyə, Polşa da Vyetnama qalib gəlib.

Kişilər

Yunanıstan - Azərbaycan-1 2:2

Dimitrios Mastrovasilis (2601) - Şəhriyar Məmmədyarov (2761) 0,5:0,5

Hristos Banikas (2571) - Teymur Rəcəbov (2722) 0,5:0,5

Athanasios Mastrovasilis (2555) - Arkadi Naydiç (2696) 1:0

Stelios Halkias (2565) - Eltac Səfərli (2688) 0:1

Rumıniya - Azərbaycan-2 2:2

Konstantin Lupulesku (2618) - Vasif Durarbəyli (2612) 1:0

Mirkea Parliqras (2595) - Nicat Abbasov (2552) 1:0

Boqdan Deak (2524) - Qədir Hüseynov (2625) 0,5:0,5

Marin Mihail (2572) - Namiq Quliyev (2577) 0:1

Qana - Azərbaycan-3 0:4

Frankis Anquandah (1951) - Vüqar Əsədli (2406) 0:1

Con Haşford (1970) - Abdulla Qədimbəyli (2294) 0:1

Jozef Jamena (1992) - Məhəmməd Muradlı (2331) 0:1

Edvard Thompson (1889) - Pərviz Qasımov (2323) 0:1

Qadınlar

Gürcüstan - Azərbaycan-1 2:2

Nana Dzaqnidze (2522) - Zeynəb Məmmədyarova (2295) 0:1

Lela Javakhişvili (2486) - Nərmin Məmmədzadə (2361) 0,5:0,5

Nino Batsiaşvili (2474) - Gülnar Məmmədova (2304) 0:1

Melia Salome (2419) - Nərmin Kazımova (2302) 0,5:0,5

Azərbaycan 2 - Çexiya 2:2

Türkan Məmmədyarova (2304) - Joanna Vorek (2360) 0,5:0,5

Xəyalə Abdulla (2214) - Kristina Havlikova (2271) 0:1

Nərmin Xələfova (2219) - Olqa Sikorova (2234) 0,5:0,5

Ülviyyə Fətəliyeva (2234) - Tereza Rodştein (2230) 1:0

Azərbaycan 3 - Çili 3:1

Nərmin Məmmədova (2230) - Qonza Abarka (2092) 1:0

Xanım Balacayeva (2147) - Qomez Barrera (2027) 1:0

Gövhər Beydullayeva (1994) - Kabella Jorquera (2019) 0,5:0,5

Aynur Katanova (1784) - Fuentes İnzu (1840) 0,5:0,5

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30