24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Dünya çempionatında ilk işimiz 1/8 finala yüksəlməkdir” (MÜSAHİBƏ)

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Milton Luis Ziller Junior affa.az saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Dünya çempionatının startına az qalır. Millimiz bu oyunlara nə dərəcədə hazırdır?

- İki aya yaxın Bakıda hazırlıq keçdik. Məşqlərimizi fiziki hazırlıq, taktiki çalışmalar və standart vəziyyətlər üzərində qurmuşduq. İndiki məqamda komandanın oyunlara neçə faiz hazır olduğunu deyə bilmərəm. Normal hazırlıq keçsək də, lazımi sayda yoldaşlıq oyunları keçirə bilmədik. Amma bu, bizə qarşıya qoyulan məqsədə çatmağa maneə yaratmamalıdır. Fikrimcə, komandamız növbəti mərhələyə vəsiqə qazanmağa hazırdır.

- Yeni təyin olunan zaman oyunçuları tanımadığınızı, buna görə də onların potensialı haqda danışa bilməyəcəyinizi demişdiniz. Yığmanın üzvləri haqda hansı düşüncəyə sahibsiniz?

- Yeni gələn zaman onların fiziki, taktiki-texniki qabiliyyətlərinə tam bələd deyildim. Ötən müddətdə millinin üzvlərini daha yaxın tanımaq imkanım oldu. Onları həm məşq prosesində, həm də yoldaşlıq oyunlarında izlədim. Kimdən nə vaxt və nə zaman istifadə edəcəyimi bilirəm.

- İkisi Özbəkistan yığması ilə olmaqla 4 yoxlama oyunu keçirdiniz. Ümumi mənzərə nə vəd edir?

- Özbəkistan millisi ilə keçirdiyimiz 2 oyun bizim nəyə qadir olduğumuzu, nəyi düzəltməyimizin vacibliyini göstərdi. Təbii ki, sonrakı məşq proseslərini həmin matçlarda ortaya çıxan çatışmazlıqları aradan qaldırmaq üzərində qurduq. Çalışdıq ki, Kolumbiyaya gələnə qədər bütün anlaşılmaz məsələləri aradan qaldıraq. Bunu bacardığımızı deyə bilərəm.

- Oyunlar ərəfəsində sizi daha çox hansı məqamlar narahat edir?

- Artıq dünəndən Kolumbiyadayıq və burdakı şəraitlə bağlı narazılığım yoxdur. Yeganə məni düşündürəm məqam Mərakeş yığması ilə oyunöncəsi futzalçıların psixoloji durumu ilə bağlı olacaq. Adətən birinci oyun həyəcanlı, çətin və gərgin keçir. Emosional durumun normal olmalıdır ki, bu situasiyadan yaxşı çıxasan. Bununla bağlı söhbətlərimiz davam edir. Bilirik ki, zəif rəqib yoxdur. Amma soyuqqanlılığı da əldən vermək olmaz.

- Heyətə qoşulan yeni futzalçılar adaptasiya prosesini keçə bilibmi?

- Onlar peşəkar oyunçulardır. Komandaya gözlədiyimizdən də tez uyğunlaşdılar. Oyunçular arasında anlaşma yaxşıdır. Komandadan nə istənildiyini hamı yaxşı dərk edir. Artıq yeni-köhnə oyunçu söhbəti yoxdur. Bizə kömək edəcəklərinə inanırıq.

- Bəs futzalçılar yeni baş məşqçinin nə istədiyini anlaya bilirlərmi?

- Təbii ki, onlar nə istədiyimi anlayırlar. Məşqlərdə, eləcə də oyunlar zamanı verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Əla kollektivimiz var. Əhval-ruhiyyəmiz də yaxşıdır.

- Qrupumuzda yer alan komandaları ayrılıqda analiz edə bilərsinizmi?

- Mərakeş millisi texniki və fiziki baxımdan yaxşı təsir bağışlayır. Sürətli oynamağa çalışırlar. Taktiki planda geniş danışa bilməyəcəm, çünki onları tam analiz etmək üçün əlimizdə kifayət qədər material olmayıb. Bizimlə oyuna psixoloji baxımdan necə hazırlaşdıqlarını da bilmirik. İstənilən halda, oyun çətin və gərgin keçəcək. Mərakeş həm də asan təslim olmağı sevməyən komandadır.

İspaniyaya gəldikdə, bu ölkədə futzal ənənələri güclüdür. Onlar qrupdan növbəti mərhələyə yüksəlməyə əsas namizədlərdəndir. Taktiki və texniki planda çox güclüdürlər. Bu da İspaniyada güclü çempionatın olmasından irəli gəlir. Nəticələri isə göz qabağındadır. İstənilən halda, digər rəqiblərimizə qarşı necə mübarizə aparacağıqsa, İspaniya ilə qarşılaşma da istisna olmayacaq. İranın millisinin hazırkı heyəti uzun müddətdir ki, birgə çıxış edir. Onlar da kifayət qədər güclü rəqiblərdir. Taktiki-texniki planda, eləcə də fiziki cəhətdən hazırlıqlı komandadır. “Çərçivə”yə dəqiq oynayırlar. Bu da İranın əsas namizədlər sırasında olmasını şərtləndirən amillərdəndir. Ümumi götürdükdə, dünya çempionatında ən çətin qrupda yer almışıq.

- Bəs millinin məqsədinə çatmaq şansı realdırmı?

- Federasiya rəhbərliyi komandanın qarşısına konkret tapşırıq qoyub. İlk işimiz 1/8 final mərhələsinə yüksəlməkdir. Bunun üçün yaxşı hazırlıq keçmişik, heyətimiz də komplektləşib. Yüngül zədəsi olan oyunçularımız var, onlar da artıq komandaya qoşulub. Rəqiblərimiz bizim üçün nə qədər güclü və çətin hesab edilirsə, biz də onlar üçün təhlükəli komandayıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30