23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Azərbaycan Yunanıstan və Gürcüstana qarşı: heyətlər açıqlandı

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turunun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq. İkinci komandamız Rumıniyanı sınağa çəkəcəyi halda, üçüncü yığmamız Qana ilə üz-üzə gələcək.

Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə qarşılaşacaq.

5 turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur. Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir.

Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandır. İkinci millimiz Çexiyanı, üçüncü komandamız isə Çilini sınağa çəkəcək.

Qadınların yarışında bu gün əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək.

Qadınlardan ibarət əsas millimiz 5 turdan sonra 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur.

Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür. 

Kişilər

Yunanıstan - Azərbaycan 1

Dimitrios Mastrovasilis (2601) - Şəhriyar Məmmədyarov (2761)

Hristos Banikas (2571) - Teymur Rəcəbov (2722)

Athanasios Mastrovasilis (2555) - Arkadi Naydiç (2696)

Stelios Halkias (2565) - Eltac Səfərli (2688)

Rumıniya - Azərbaycan 2

Konstantin Lupulesku (2618) - Vasif Durarbəyli (2612)

Mirkea Parliqras (2595) - Nicat Abbasov (2552)

Boqdan Deak (2524) - Qədir Hüseynov (2625)

Marin Mihail (2572) - Namiq Quliyev (2577)

Qana - Azərbaycan 3

Frankis Anquandah (1951) - Vüqar Əsədli (2406)

Con Haşford (1970) - Abdulla Qədimbəyli (2294)

Jozef Jamena (1992) - Məhəmməd Muradlı (2331)

Edvard Thompson (1889) - Pərviz Qasımov (2323)

Qadınlar

Gürcüstan - Azərbaycan 1

Nana Dzaqnidze (2522) – Zeynəb Məmmədyarova (2295)

Lela Javakhişvili (2486) - Nərmin Məmmədzadə (2361)

Nino Batsiaşvili (2474) - Gülnar Məmmədova (2304)

Melia Salome (2419) - Nərmin Kazımova (2302)

Azərbaycan 2 - Çexiya

Türkan Məmmədyarova (2304) - Joanna Vorek (2360)

Xəyalə Abdullayeva (2214) - Kristina Havlikova (2271)

Nərmin Xələfova (2219) - Olqa Sikorova (2234)

Ülviyyə Fətəliyeva (2234) - Tereza Rodştein (2230)

Azərbaycan 3 - Çili

Nərmin Məmmədova (2230) - Qonza Abarka (2092)

Xanım Balacayeva (2147) - Qomez Barrera (2027)

Gövhər Beydullayeva (1994) - Kabella Jorquera (2019)

Aynur Katanova (1784) - Fuentes İnzu (1840)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30