28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Olimpiada: Şahmatçılarımızın VI turdakı rəqibləri müəyyənləşdi

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, sentyabrın 8-də kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq. İkinci komandamız Rumıniyanı sınağa çəkəcəyi halda, üçüncü yığmamız Qana ilə üz-üzə gələcək.

Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə qarşılaşacaq.

5 turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur.

Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir.

Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandır. İkinci millimiz Çexiyanı, üçüncü komandamız isə Çilini sınağa çəkəcək.

Qadınların yarışında qarşıdakı turda əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək.

Qadınlardan ibarət əsas millimiz 5 turdan sonra 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur.

Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.  

Qeyd edək ki, sentyabrın 7-də olimpiadada istirahət günüdür.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31