19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azərbaycan Hindistan və Almaniyaya qarşı: heyətlər açıqlandı

Bu gün Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında V turun görüşləri keçiriləcək. Futbolxeber.az saytının məlumatına görə, kişilərdən ibarət əsas milli komandamız Hindistanla qarşılaşacaq. 4 turdan sonra hər iki komanda itkisiz irəliləyir. İkinci komandamız Türkmənistanla, üçüncü yığmamız isə Zimbabve ilə qarşılaşacaq. Daha əvvəl Zimbabve əsas yığmamıza uduzub. Türkmənistan isə dünən üçüncü millimizə qalib gəlib.

Qadınlardan ibarət əsas yığmamızın rəqibi Almaniya olacaq. İkinci millimiz İspaniyanı, üçüncü komandamız isə Özbəkistanı sınağa çəkəcək. Üçüncü turda qadınlardan ibarət ikinci komandamız Almaniya ilə heç-heçə oynayıb.

Kişilər

Azərbaycan-1 - Hindistan

Şəhriyar Məmmədyarov (2761) - P. Harikrişna (2752)

Teymur Rəcəbov (2722) - B. Adhiban (2671)

Arkadi Naydiç (2692) - S. Vidit (2669)

Eltac Səfərli (2688) - S. P. Sethuraman (2640)

Azərbaycan-2 - Türkmənistan

Vasif Durarbəyli (2612) - Y. Atabayev (2453)

Nicat Abbasov (2552) - S. Atabayev (2406)

Qədir Hüseynov (2625) - H. Odeev (2401)

Namiq Quliyev (2577) - M. Kakabaev (2338)

Zimbabve - Azərbaycan-3

R. Makoto (2405) - Vüqar Əsədli (2406)

F. Mandizha (2357) - Nail Bəşirli (2387)

E. Muşore (2187) - Abdulla Qədimbəyli (2294)

E. Chimbamu (2114) - Pərviz Qasımov (2323)

Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən əsas millimiz ikinci pillədə qərarlaşıb. İkinci yığmamız 27-ci, üçüncü komandamız isə 71-cidir.

Qadınlar

Azərbaycan-1 - Almaniya

Zeynəb Məmmədyarova (2295) - Elizabet Petz (2474)

Günay Məmmədzadə (2361) - Marta Miçna (2383)

Gülnar Məmmədova (2304) - Elina Levuşkina (2342)

Aydan Höccətova (2339) - Yudit Fuhs (2287)

İspaniya - Azərbaycan-2

Sabrina Qutyeres (2411) - Türkan Məmmədyarova (2304)

Ana Matnadze (2383) - Nərmin Xələfova (2219)

Niala Kollazo (2268) - Ülviyyə Fətəliyeva (2234)

Amalya Aranas (2279) - Nərgiz Umudova (2247)

Özbəkistan (2265) - Azərbaycan-3 (2016)

Nafisa Muminova (2324) - Nərmin Məmmədova (2230)

Gülruxbeyim Toxirjonova (2289) - Xanım Balacayeva (2147)

İrina Gevorqyan (2324) - Gövhər Beydullayeva (1994)

Nodira Nadirjanova (2126) - Ayan Allahverdiyeva (1780)

Qeyd edək ki, 4 turdan sonra 7 xal toplayan əsas millimiz 11-cidir. 5 xala malik ikinci komandamız turnir cədvəlində 34-cü, üçüncü millimiz isə 39-cu yeri tutur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30