29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“İstənilən şahmatçıdan soruşun, ikiəlli Bakının ən böyük yarışlara ev sahibliyi etməsinə razı olacaq”

“İlk növbədə Azərbaycan dövlətinə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Bakıda Ümumdünya Şahmat Olimpiadasının və FIDE-nin konqresinin təşkili üçün hər cür şərait yaradılıb”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri FIDE-nin prezidenti Kirsan İlyumjinov deyib.

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının ikinci günündə FIDE prezidenti mətbuat konfransı keçirib. Beynəlxalq qurumun rəhbəri ilk olaraq ölkəmizdə keçirilən olimpiadanın yüksək təşkilatçılığından söz açıb: “4 il əvvəl FİDE-nin üzvləri olimpiadanın Bakıda keçirilməsinə yekdilliklə səs vermişdilər. Azərbaycan bu etimadı artıqlaması ilə doğruldub. Bu, FİDE-nin tairixində ən yaddaqalan olimpiadalardan biri, bəlkə də birincisidir. Təşkilatçılıq çox yüksək səviyyəlidir. Qonaqların gəlişi, qarşılanması, otellərdə yerləşdirilməsi, qidalanma, yarış zalı, jurnalistlərin iş otağı - bütün bunlar ən yüksək səviyyədə təşkil edilib”.

İlyumjinov olimpiadanın yüksək təşkilatçılığını dövlət dəstəyi ilə əlaqələndirib: “Bu, FIDE-yə rəhbərlik etdiyim dövrə baş tutan sayca 11-ci olimpiadadır. Bakıdakı turnir 11 olimpiada arasında ən yaxşısıdır. FIDE rəsmiləri, Azərbaycan Şahmat Federasiyası, idman nazirliyi və hökümət rəhbərlərinin birgə əməyi nəticəsində olimpiada ən yüksək səviyyədə təşkil edilib”.

FIDE prezidenti Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin olimpiadaya göstərdiyi maraqdan da söz açıb: “FİDE rəsmiləri üçün Azərbaycan Prezidentinin açılış mərasimində iştirakı, turnirdəki ilk gedişi etməsi çox xoş idi. Ölkənin 1 nömrəli şəxsinin olimpiadaya qatılması təkcə Azərbaycan yox, dünya şahmatı üçün də böyük təbliğatdır. Bakı Olimpiadası iştirakçıların sayına görə rekorda imza atıb. Olimpiadada 183 ölkənin nümayəndələri yaşırı. İdmançıların səviyyəsi də olduqca yüksəkdir. Olimpiadada 273 kişi, 88 qadın qadın, ümumilikdə 361 qorssmeyster, eləcə də 300 beynəlxalq dərəcəli usta mübarizə aparır. Bakıda 2 hazırkı dünya çempoinu, kişilər arasında Maqnus Karlsen, qadınlardan Hou Yifan iştirak edir. Eləcə də keçmiş dünya çempionlarının sayı kifayıt qədərdir”.

Kirsan İlyumjinov Bakıda baş tutacaq FIDE konqresində bir çox vacib qərarların qəbulunun gözlənildiyini söyləyib: “Qarşıdakı günlərdə FİDE-nin Konqresi start götürcək. Burada bir çox məsələlər müzakirə olunacaq. Şahmatın inkişafı yolunda mühüm addımların atılacağına inanırıq”.

FIDE rəhbəri Olimpiadanın yüksək səviyyəli təşkilində yarışın təşkilat və əməliyyat komitələrinin rolunu vurğulayıb: “Olimpiadanın yüksək səviyyəli təşkili üçün təşkilat və əməliyyat komitələri böyük iş görüblər. Onların əməyini mütləq qeyd etmək lazımdır. Bilirəm ki, Əməliyyat Komitəsinin rəhbəri Yaqub Eyyubov hər gün təşkilatçılıqla çox ciddi şəkildə maraqlanırdı. Bir sözlə, olimpiadanın ən yüksək səviyyədə baş tutması üçün lazım olan bütün işlər görülüb. İndi şahmatçılara yalnız oynamaq qalır”.

O, Azərbaycanın gələcəkdə də ən böyük şahmat yarışlarına ev sahibliyi edə biləcəyini söyləyib: “Qonaqlar Bakıda özlərini çox rahat hiss edirlər. FİDE rəsmiləri hər zaman Bakıda olmağa hazırdılar. Bizi burada çox yaxşı qarşılayırlar. İstənilən şahmatçıdan soruşun, 2 əlli Bakının ən böyük yarışlara ev sahibliyi etməsinə razı olacaq. Gələcəkdə uşaqlar arasında olimpiadanı Bakıda təşkil edə bilərik”.

Kirsan İlyumjinov olimpiadada hansı komandaya azarkeşlik etməsi ilə bağlı sualı belə cavablandırıb: “Rusiya vətəndaşıyam. Digər tərəfdən də Azərbaycanda qonağıq. Azərbaycana necə azarkeşlik etməyək?”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31