28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Eltac Səfərli: “Ümid edirəm ki, sonda çempion olacağıq”

“Şahmat Olimpiadasının Bakıda keçirilməsi çox müsbət məqamdır. Doğma şəhərimizdə yarışın yüksək səviyyədə keçirilməsi üçün gözəl şərait var. Bu, iştirak etdiyim sayca dördüncü, ümumilikdə isə ən yaxşı olimpiadadır”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri şahmatçımız Eltac Səfərli deyib.

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət əsas komandamız Zimbabve ilə qarşılaşır. Dördüncü lövhədə yarışan Eltac Səfərli Emarald Muşoreni məğlub edib.

Mətbuat konfransında çıxış edən Səfərli ilk öncə azarkeşlərin dəstəyindən söz açıb: “Azərbaycanda oynamaq çox xoşdur. Amma asan deməzdim. Çünki şahmat hər yerdə eynidir. Bu olimpiadada bizi çoxlu azarkeş dəstəkləyir. Azarkeşlərin dəstəyi bizə köməkdir. Çalışacağam ki, əlimdən gələni edim. Məqsədim öz lövhəmdə ən yaxşıların arasına düşməkdir”.

Qrossmeyster olimpiadaya hazırlıqla bağlı bunları söyləyib: “Komandamız olimpiadaya çox ciddi hazırlaşıb. Olimpiadanın əsas hazırlıqlarına 3 ay əvvəl start vermişik. Çox təcrübəli məşqçimiz, kapitanımız var. Yarışa istensiv şəkildə hazırlaşmışıq. Reytiqimin yüksək olması əlavə motivasiyadır. İnanıram ki, bu yarışdan sonra reytinqim 2700-ü keçəcək. Məşqlərin, toplanışların xeyri olacaq”.

Eltac Səfərli dövlət başçısı İlham Əliyevin şahmatçılara göstərdiyi diqqət və qayğının onların məsuliyyətini artırdığını söyləyib: “Cənab prezident hər zaman bizə diqqət və qayğı ilə yanaşıb. Daim dövlət başçımızın dəstəyini hiss etmişik. Olimpiadada ilk gedişi onun etməsi bizə əlavə güc verir. Ümid edirəm ki, sonda çempion olacağıq və bağlanışda da cənab prezidentimiz bizi təbrik edəcək”.

Milli komandamızın üzvü dördüncü lövhədə yer almasına da toxunub: “Kimin hansı lövhədə oynaması barədə komanda daxilində geniş müzakirə apardıq. Yekunda belə qərara gəldik ki, beşinci lövhədə yarışım. Məqsədim bacardıqca daha çox xal toplamaqdır. Rusiyada Aleksandr Qrişuk da beşinci lövhədə oynayır. Halbuki o, çox güclü şahmatçıdır və birinci lövhədə də oynaya bilər. Karyeram ərzində bütün lövhələrdə oynamışam (gülür)”.

İlk turda favorit komandaların bəziləri lider şahmatçılarına istirahət versə də, yığmamız tam heyətlə mübarizə aparıb. Səfərli bunun səbəbini belə izah edib: “Adətən komanda yarışlarında ilk turda bizdə liderlərdən kimsə dincəlir. Bu dəfə qərar gəldik ki, əsas heyətlə oynayaq. Fikrimcə, qələbə qazandıqdan sonra idmançılarımız əlavə ruh yüsəkliyi qazanacaqlar”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31