19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

İlham Əliyev Şahmat Olimpiadasında ilk gedişi etdi

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev mötəbər yarışın keçirildiyi Bakı Kristal Zalında olub.

İlk olaraq oyun zalını ziyarət edən dövlət başçısı Azərbaycan yığmasının üzvü Şəhriyar Məmmədyarov və Zimbabve təmsilçisi Rodvell Makaton, eləcə də rusiyalı Aleksandra Kostyunyuk və şotlandiyalı Ketevan Araxamie-Qrantın görüşlərində ilk gedişi edib.

Əlil idmançılarla görüşən dövlət başçısı daha sonra təhlil otağı, mətbuat mərkəzi və şərhçilər otağında olub.

Dövlət başçısı Olimpiadanın sərgi zalını ziyarət edib. Yaradılan şəraitdən razılığını ifadə edən ölkə başçısı təşkilaçılığı yüksək qiymətləndirib.

Sonda isə ölkə prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında şahmat olimpiadasının əhəmiyyətindən söz açıb: “Şahmat Olimpiadası Azərbaycan idmanı üçün mühüm əhəmiyyət kəsb edir. Bu idman növünün ölkəmizdə böyük ənənələri var. Azərbaycan son illər bir çox idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Əminliklə söyləmək olar ki, ölkəmiz şahmat olimpiadasını da ən yüksək səviyyədə təşkil edəcək. Bütün iştirakçı komandalara uğurlar arzulayıram”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30