16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Mahir Məmmədov: “Şahmatda sifarişlə nəticə qazanmaq olmur”

“2014-cü ildə cənab prezident İlham Əliyevin qərarı ilə təşkilat komitəsi yaradıldı. Onun sədri də Yaqub Eyyubov təyin edildi. Yaqub bəy ilk gündən yarışın ən yüksək səviyyədə təşkili üçün əlindən gələni edib”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib.

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunmuş mətbuat konfransında çıxış edən Məmmədov ölkəmizdə keçiriləcək turnirin iştirakçı sayı baxımından rekord olduğunu bildirib: “Yarışın keçiriləcəyi “Kristal Zal” unikal bir qurğudur. Oğlanların yarışında 176 ölkə olimpiadada təmsil olunacaq. Bu, rekord göstəricidir. Üstəlik, Bakıda FİDE-nin konqresi keçiriləcək ki, bununla ölkələrin sayı 183-ə çatır. Qızların yarışında isə 146 ölkə mübarizə aparacaq”.

Mahir Məmmədov qonaqların ölkəmizə gəlişi üçün viza rejiminin sadələşdirildiyini vurğulayıb: “Qonaqların Bakıya gəlişi artıq başlanıb. Heydər Əliyev adına Hava Limanın qonaqların qarşılanması üçün bütün işlər görülür. Viza məsələsi ciddi prolbemdir. Cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə bu iş çox asanlaşdırıldı. Eləcə də elektron viza sistemi işə düşdü. Bununla da qonaqların vizalarının bir çoxunu əvvəldən hazırlamaq mümkün oldu”.

Məmmədov qonaqların 12 oteldə yerləşdiriləcəyini söyləyib: “Qonaqlar üçün 12 otel ayrılıb. İdmançıların qalacaqları məkana, qidalanma sisteminə böyük diqqət ayrılır. Eləcə də “Kristal Zal”ın mühafizəsinə xüsusi fikir verilir. 500-dən artıq könüllü olimpiadaya cəlb olunub. Sentyabrın 1-də olimpiadanın açılışı olacaq. Bütün şahmat ictimaiyyətini açılış mərasiminə dəvət edirik. Açılışda FİDE rəsmiləri də iştirak edəcək. Sentyabrın 2-də, 15:00-da olimpiadaya start veriləcək. Bütün şahmatçılara uğurlar arzulayırıq. Təşkilat komitəsinin üzvləri gecə-gündüz olimpiadanın yüksək səviyyədə təşkili üçün çalışıblar. Bu işdə zəhməti olan hər kəsə minnətdarlığımızı bildiririk”.

Mahir Məmmədov idmançılarımızdan hansı nəticələri gözlədikləri ilə bağlı sualı belə cavablandırıb: “İdmanda sifarişlə nəticə qazanmaq olmur. Şahmatın spesikfik xüsusiyyıtləri var. Əksər hallarda doğma divarlar da idmançıya kömək etmir. 2008-ci ildə FİDE-nin Bakıda keçirilən Qran-Prisindən Vüqar Həşimov birinci olmuşdu. Şəhriyar Məmmədyarov isə Şəmkirdə keçirilən son yarışın qalibi adını qazandı. Olimpiadada bütün komandalarımızın uğurlu çıxış edəcəinə inanırıq. Son olimpiadada Tromsedə yığmamız müəyyən dövrdə lider olsa da, yekunda 2-5-ci yerləri böıüşdürdü. Bu, şahmat tariximizdə ən yaxşı nəticə olsa da, bunu uğursuzluq kimi dəyərləndirdik. Bakıda keçiriləcək olimpiadada ilk “üçlüy”ə ümid edirik. Sifarişlə qalib gəlmək mümkün deyil. Qadınlara da ümidimiz böyükdür. Təlim-məşq toplanışları çox gözəl təşkil olunub. Məşhur mütəxəssislər hazırlıq prosesində iştirak ediblər. Qadın şahmatçılarımız hər zaman reytinqdən daha yüksək nəticəyə imza atıblar. Bu dəfə də eyni halın təkrarlanacağına inanırıq”.

M. Məmmədov olimpiada zamanı görüləcək təhlükəsizlik tədbirlərindən də söz açıb: “Müasir şahmatın böyük problemləri var. Bütün çətinliklərin qarşısını almaq üçün xüsusi tədbirlər görülür. Bizim olimpiadada iştirakçıların idman zalına daxil olmasına təhlükəsizlik əməkdaşları xüsusi diqqət yetirəcəklər. Heç bir şahmatçı yarış zalına saat, qələm, elektron cihazlar, kitab-dəftərlə daxil ola bilməz. Azarkeşlər belə oyun zalına telefonla keçməyəcəklər. Elektron vasitələrin fəaliyyətinə imkan verilməyəcək. Bütün iştirakçıların siyahısı FİDE ilə razılaşdırılmış sistemdə qeydiyyatdan keçiblər. Pakistanla bağlı müəyən problemlər var idi. Buna görə də Pakistan yığmasının üzvlərini FİDE-nin seçiminə əsasən qəbul etdik”.

Məmmədov idmançılarımızın üzərində psixoloji gərginlik yaratmağa ehtiyac olmadığını qeyd edib: “Həddən artıq medal istəyini vurğulamağa ehtiyac yoxdur. Şahmatçılarımız silsilə hazırlıq toplanışında olublar Birinci yerlə bağlı psixoloji təzyiq yaratmayaq. Onlar vəzifələrini bilirlər. Qadınlardan ibarət komandaların 1-2-ci heyətə bölünməsinə ciddi yanaşdıq. Günay Məmmədzadə və Aydan Höccətovanın son uğurlarına diqqət yetirdik. Nərgiz Umudova və Türkan Məmmədyarova da birinci komandada olmağa layiqdilər. 2-ci komandamızın birincidən geri qalmayacağına inanırıq. Maraqlıdır ki, hər 3 Məmmədyarov öz komandasında birinci taxtadadır”.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru yarış zamanı tamaşaçıların rahatçılığı üçün əllərindən gələni edəcəklərini söyləyib: “Olimpiadanın talismanı Şahoğlan insanlar arasında böyük marağa səbəb olub. Bundan başqa, təhsil nazirliyi ilə bağlı bir neçə turnir keçirilib. Olimpiada zamanı da bu turnirlər davam edəcək. Qonaqpərvərlik zonası yaratmışıq. Burada regionların xüsusi cəhətləri qonaqlara təqdim ediləcək. Sərgi saloununda şərhçilər zonası var. Şərhlər 3 dildə olacaq. Qulaqcıqlar vasitəsi ilə 3 dildə dinəmək mümkündür. Bundan başqa, chess kafe, uşaq zonası fəaliyyət göstərəcək. Kristal Zalın ətrafında olimpiada ilə bağlı suvenirlərin satışı təşkil olunacaq. Şahmatsevərlərin rahatlığı üçün əlimizdən gələni edirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30