19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Rio-2016: Stadnik finalda uduzdu

Rio Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Futbolxeber.az saytının məlumatına görə, 48 kq-da yarışan xanım güləşçimiz Mariya Stadnik mübarizəyə 1/8 finaldan başlayıb. Təmsilçimiz ilk görüşündə argentinalı Patrisiya Bermudezlə qarşılaşıb. Vaxtından əvvəl, 10:0 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala adlayıb.

Bu mərhələdə Stadnik polşalı İvona Matkovska ilə üz-üzə gəlib. 1/4 finalda da vaxtından əvvəl qələbə qazanan xanım güləşçimiz yarımfinala yüksəlib. Finala gedən yolda Stadnik bolqar Yelitsa Yankova ilə qarşılaşıb. Ardıcıl üçüncü qələbəsini qazanan Standik adını finala yazdırıb.

Finalda yapon Erik Tosakla qarşılaşan güləşçimiz uduzaraq gümüş medalla kifayətlənib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30