28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Rio-2016: Avarçəkənlərimiz finalda!

Rio Yay Olimpiya Oyunlarında bu gün iki avarçəkənimiz start xəttinə çıxıb. Futbolxeber.az saytının məlumatına görə, Aleksandr Demyanenko 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafədə mübarizə aparıb.

Təmsilçimiz təsnifat mərhələsindən mübarizəyə qoşulub. Dördüncü seçmə qrupda Demyanenko bolqar Angel Kodinov, italiyalı Karlo Takkini, litvalı Henrikas Justautas, iranlı Adel Mojallalimoqhadam və avstraliyalı Ferents Seksardi ilə mübarizə aparıb. Seçmə mərhələdə 39, 749 saniyəlik göstərici ilə qrupunda birinci olan Demyanenko yarımfinala yüksəlib.

Demyanenko yarımfinal mərhələsində 3-cü seçmə qrupda mübarizə aparıb. 5-ci zolaqda çıxış edən dünya və Avropa çempionumuzun rəqibləri Stefan Kiray (Almaniya), Zaza Nadiradze (Gürcüstan), Helder Silva (Portuqaliya), Conatan Haydu (Macarıstan), Yuri Çeban (Ukrayna), Mark Olderşou (Kanada) olub. Təmsilçimiz 40,298 saniyə ilə yürüşdə yalnız gürcüdən geri qalıb. Ümumi sıralamada isə 5-ci yerlə finalda iştirak hüququ qazanıb.

Həlledici yürüş sabah saat 16:23-də olacaq. Onun rəqibləri Zaza Nadiradze (Gürcüstan), İsak Keyroş Dos Santos (Braziliya), Alfonso Benavides Lopes de Ayala (İspaniya), Li Qianq (Çin), Martin Funksa (Çexiya), Andrey Kraytor (Rusiya) və Tomas Simart (Fransa) olacaq.

1 nəfərlik kayak qayığı ilə (K-1) 200 metr məsafəyə yürüşdə bürünc medal qazanan İnna Osipenko-Radomskaya bu gün gücünü 500 metr məsafədə sınayıb. Dördüncü seçmə qrupda çıxış edən xanım idmançımız slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina ilə mübarizə aparıb.

Milliləşdirilmiş legionerimiz finiş xəttinə 1 dəqiqə 51,750 saniyəyə çatmaqla, 4-cü yürüşün deyil, təsnifat mərhələsinin birincisi olub. O, ən yaxın izləyicisini 0,443 saniyə qabaqlayıb.

İnna yarımfinal mərhələsində 3-cü seçmə qrupda çıxış edib. 5-ci zolaqda çıxış edən təmsilçimizin rəqibləri Spela Ponomarenko Yaniç (Sloveniya), Rayçel Kautorn (Böyük Britaniya), Bricet Ellen Hartli (CAR), Emili Furnel (Kanada), Tereza Portela (Portuqaliya), Fransiska Veber (Almaniya) olub. Finişə 1 dəqiqə 57,627 saniyəyə çatan kayaçımız yalnız Veberdən geri qalıb. Yürüşün 2-cisi kimi finala vəsiqə qazanan Osipenko-Radomskaya mərhələdə 9-cu nəticə göstərib. Lakin daha yaxşı nəticəyə malik idmançıların öz qruplarında aşağı pillələrdə qərarlaşması təmsilçimizi həlledici mərhələyə daşıyıb.

Final mərhələsinin yürüşü isə sabah olacaq. İdmançımız medallar uğrunda Marina Litvinçuk (Belarus), Liza Karrinqton (Yeni Zelandiya), Danuta Kozak (Macarıstan), Emma Yorqensen (Danimarka), Fransiska Veber (Almaniya), Yu Ju (Çin) və Martina Kohlova (Slovakiya) ilə mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31