28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Rio-2016: Millimizin qaldığı binaya oğrular girdi

Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda daha bir xoşagəlməz hadisə yaşanıb. Futbolxeber.az saytının xarici mətbuata istinadən məlumatına görə, təhlükəsizliklə bağlı növbəti problem ortaya çıxıb.

Bu dəfə üzücü olay Türkiyənin üzgüçülərdən ibarət yığma komandasının başına gəlib. Belə ki, Olimpiya kəndində böyük qüvvə ilə qorunduğu bildirilən binaya oğrular girib. Onlar Azərbaycan yığmasının da məskunlaşdığı bloka daxil olublar. Hədəfdə isə türkiyəli idmançıların qaldığı mərtəbədəki otaq olub.

Oğrular qadın üzgüçülər Zeynəb Günəş, Nida Üstündağ və Yekaterina Avramovanın qaldığı otağın qapısını qıraraq içəri giriblər. Həmin vaxt idmançıların orda olmaması, bəlkə də, baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb. Yalnız komanda binaya qayıdaraq vəziyyətlə tanış olduqdan sonra mühafizəçilər bundan xəbər tutublar. Hadisə ilə bağlı dərhal araşdırmaya başlanılıb. Xoşbəxtlikdən həmin otaqda dəyərli əşyalar olmayıb.

Qeyd edək ki, 15 minə yaxın idmançı, məşqçi və federasiya nümayəndəsinin məskunlaşdığı Olimpiya kəndi 24 saat qorunur (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31