19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

​İlham Zəkiyev: "Rio-2016"-ya medal ümidi ilə yollanacağıq"

"Rio-2016"da iştirak edən idmançılarımızın çıxışlarından xəbərdaram. Artıq 3 medalımız var. Ancaq qızıl medal gözləyirik". Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi, Paralimpiya Oyunlarının qızıl medalçısı İlham Zəkiyev deyib.

İ.Zəkiyev 66 kq çəkidə bu gün döşək üzərinə çıxacaq yunan-Roma güləşçisi Rəsul Çunayevdən medal gözlədiyini bildirib: "Rəsul favorit idmançılarımızdandır və ondan qızıl medal gözləyirik. Boksçularımızdan yaxşı çıxış edənləri var. Kamran Şahsuvarlı hamımızı yaxşı mənada təəccübləndirdi. Ona halal olsun, yaxşı döyüşdü. Lorenzo Sotomayordan da medal gözləyirəm. Ötən olimpiadada da güləşçilərimiz bizi sevindirdi. Sərbəst güləşdə medal ümidlərimiz var. Düşünürəm ki, hələ pis deyil".

Paralimpiyaçı Rio-de-Janeyroya medal ümidi ilə yollanacaqlarını da söyləyib: "Sentyabrın 2-də yola düşürük. Yarışda 6 oğlan və bir qız cüdoçu mübarizə aparacaq. Medal ümidlərimiz var. Göygöldə təlim-məşq toplanışından qayıtmışıq. Ramin İbrahimov, Bayram Musatafayev və digər idmançılarımızdan medla gözləyirəm".

Qeyd edək ki, paralimpiya yarışları 7-18 sentyabrda olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30