28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

İslamın fiaskosu

Legionerlərin Rio fiaskosunu unutduran bir olay cüdo yarışlarında yaşandı. Ağır çəkili idmançıların mübarizəsində İsrail təmsilçisi Or Sasona “ippon”la uduzan misirli İslam əl Şehabi rəqibin əlini sıxmaqdan imtina etdi. Qarşılaşmadan sonra cüdo etikasıyla rəqiblər bir-birinə baş əyməli olsa da, bunu da etməyən misirli İslam qaydalarını da unudaraq yalan danışıb. O, rəqibə baş əydiyini desə də, videotəkrar bunun əksini göstərir.

İslam rəqibin əlini sıxmamağının səbəbini cüdo qaydalarında buna aid heç bir tələbin olmamasıyla əlaqələndirib. Misirli cüdoçu deyib ki, Sason dostum deyil və onun əl uzatmasına cavab verməyə borcum yoxdu. İslam xüsusi vurğulayıb ki, heç kimin məni İsrail dövlətinin təmsilçisinin əlini sıxmağa məcbur edə bilməz.

Bu məqam misirlinin harada iştirak etdiyinin fərqinə varmamağından xəbər verir. Əminəm, İslam Pyer de Kuberten adını da eşitməyib. "İnsanlara və ölkələrə dini, irqi, siyasi motivlərə görə istənilən formada diskriminasiya Olimpiya hərəkatının prinsiplərinə uyğun deyil" - bu sözlər 120 il öncə təməli qoyulan Olimpiya Nizamnaməsində yazılıb. Olimpizm idmanı, mədəniyyəti, təhsili özündə birləşdirərək etik prinsiplərə sayğı, tərbiyəvi dəyərləri, yaxşı nümunə olmağı tərənnüm edir. Olimpizmin əsas məqsədi idmanın sülh cəmiyyətinin qurulmasını saxlayacaq insanın harmonik inkişafına xidmətidi.

Təbii ki, harmonik inkişaf etməyən və ən azı 120 il geridə olan İslam əl Şehabinin bu söhbətlərdən xəbəri yoxdu. Or Sason isə belə hallarla tez-tez qarşılaşdığını və hər dəfə çox üzüldüyünü deyir. İsrailli idmançı Rio-2016-nı bürünc medal, misirli isə tribunaların fiti və dünyanın etirazı ilə tərk etdi. Dünyada İslam dininə antipatiyanı əl Şehabi kimi fanatik müsəlmanlar yaradır. Bu qafayla əl Şehabinin yeri Olimpiya Oyunları yox, ağır psixi problemləri olan xəstələrin müalicəsi üçün klinikadı. Yaxşı ki, dünya yalnız əl Şehabi kimi geri zəkalılardan ibarət deyil.

Rusiya qılıncoynatma komandasının heyətində Rio-2016-nın "qızıl"ını qazanmış Yana Yeqoryanın baş məşqçisi İlqar Məmmədovun saçını kəsməsi internet hitinə çevrilib. Erməni əsilli idmançının azərbaycanlı məşqçisinə böyük pozitiv və zarafatlarla dəlləklik etməsi gözəl mənzərədi.

P.S. İlqar bəyin çalışdırdığı idmançılardan ikisi qızıl medal qazandı. Ağırlıqqaldıran Nicat Rəhimov dünya rekordu ilə birinci oldu. Sıra Ramil Quliyevdədi. Olimpiya Oyunlarında iştirak edən hər bir azərbaycanlının uğuruna sevinirik. "Kaş doğma Azərbaycan bayrağını təmsil edəydilər” desək də...

ANAR ŞABANOĞLU, apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31