20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Sabah Şəraiəti: “Bu medalı bütün Azərbaycan millətinə həsr edirəm” (MÜSAHİBƏ)

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarında Azərbaycana ilk medalını qazandıran iranlı idmançı Sabah Şəriəti (130 kq) görüş başa çatdıqdan sonra fikirlərini bölüşüb. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, o, bürünc medalı əldə edərək Azərbaycan bayrağını qaldırmasından çox şad olduğunu bildirib.

- Görüş haqqında nə deyə bilərsən?

- Çox şadam ki, qalib gəldim, Olimpiya medalı qazandım. Çox çətin məşqlər keçib, ciddi hazırlaşmışdıq bu yarışa. Məşqçilərimə, federasiyaya, nazirliyə, hər kəsə təşəkkür edirəm. Allaha min dəfə şükür ki, Azərbaycan bayrağını qaldıra bildim.

- Sonuncu rəqibinlə döyüş necə keçdi? Çətin oldumu?

- Alman güləşçi güclü rəqibdi. Avropa çempionatında ona uduzmuşdum. Ancaq burda məşqçilərin də tövsiyyəsi ilə fərqli taktika ilə güləşdim və qalib gəldim. Asan olacağını gözləmirdim.

- Almaniyalı məşqçilər etiraz etdilər ki, sən onun kürəyini yerə vurmamısan və bu məqamda hər kəs ekrana baxırdı. Bəs sən necə, əmin idinmi ki, tam qələbə qazanmısan?

- Mən 100 faiz əmin idim, ona görə də qəti narahat deyildim.

- Məğlub olduğun görüşlərdən sonra hansı hissləri keçirdin? Medal qazanmağa ümidin qalmışdımı?

- İlk görüşdə amerikalı boğazımı sıxmışdı, qalib gəldim, ancaq bədən ağırlaşmışdı. Ondan sonra türklə güləşəndə heç nə hiss etmirdim.

- Bilirsənmi ki, Azərbaycan güləş tarixində ağır çəkidə ilk medalı sən qazandın?

- Bilirəm və şükür edirəm ki, ilk medalı mən qazandım. Bunu bütün Azərbaycan millətinə həsr edirəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30