19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Rio-2016: Nazim Babayev 25-ci yeri tutdu

Rio-2016-da atletika yarışları davam edir. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu növ üzrə Azərbaycan yığmasının heyətində çəkicatan Anna Skidanın ardınca yeganə həmyerlimiz Nazim Babayev start xəttinə çıxıb.

Üçtəkanla tullanma yarışına qatılan 19 yaşlı Avropa çempionumuz A qrupunda yer alıb. Bu növ üzrə mübarizə aparan Olimpiya yığmamızın ən gənc üzvü start xəttinə 22-ci çıxıb. 16,38 metr nəticə göstərən idmançımız öz qrupunda 13-cü olub.

Ümumilikdə isə 48 atlet arasında 25-ci yeri tutan atletimiz finala yüksələ bilməyib və yarışla vidalaşıb. Həlledici mərhələdə isə ən yaxşı nəticə göstərən ilk 12 atlet mübarizə aparacaq.

Qeyd edək ki, Skidan Olimpiadanı 13-cü pillədə başa vurub. Qarşıdakı günlərdə isə Evans Kiplaqatla (marafon) Hayle İbrahimov (5000 m) da nəyə qadir olduğunu nümayiş etdirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30